Məhkumu xəstəxanadan belə qaçırmağa çalışdılar

18 7-02-2025, 20:56 Hadisə

Məhkumu xəstəxanadan belə qaçırmağa çalışdılar

Bursada Gürsu İlçe Polis Şöbəsi qrupları, "lisenziyasız silah və güllə almaq və saxlamaq" ittihamı ilə 4 il həbs cəzası alan məhkum O.A.-nın tutulması üçün əməliyyata başlayıb.

Altv1.info.az xarici mediaya istinadən xəbər verir ki, yanvarın 30-da saxlanılan şübhəli tibbi rəy almaq üçün Gürsu Cüneyt Yıldız Dövlət Xəstəxanasına aparılıb.

Həmin anda məhkumun dostları M.A.A, M.A. və R.A. adlı şəxslər onu qaçırmağa cəhd ediblər. Polislə əlbəyaxa dava edən şübhəlilər də saxlanılıb.

Edilən əməliyyatların ardından ədliyyəyə sövq edilən şübhəlilər, M.A.A. və M.A. prokurorluqda dindirildikdən sonra "dövlət məmurunun öz vəzifəsini yerinə yetirməsinə mane olmaq üçün zor və hədələmə" ittihamı ilə hakim tərəfindən həbs ediliblər, R.A. məhkəmə nəzarəti şərti ilə azadlığa buraxılıb.

Məhkum O.A-nı qaçırmağa cəhd edənlərlə polis arasında baş verən dava xəstəxananın təhlükəsizlik kameralarına düşüb.

XƏBƏR LENTİ