
Son zamanlar bir-birinin ardınca baş verən təyyarə qəzaları dünya gündəmində çox yer tutub. Bu gün Braziliyadan daha bir fəlakət xəbəri gəldi.
Altv1.info.az xarici mediaya istinadən xəbər verir ki, Sau Paulo şəhərində kiçik təyyarə tıxacda olan bir neçə avtomobilə çırpılıb.
Təyyarənin düşdüyü yerdə böyük partlayış baş verərkən, qəzanın təsirindən yanaraq külə dönən avtomobillərin görüntüləri təqdim edilib.
İlkin məlumata görə, məhv edilən təyyarədən iki cəsəd çıxarılıb. Səlahiyyətlilər ölənlərin sayının arta biləcəyi ilə bağlı xəbərdarlıq edərkən, təyyarənin vurduğu avtobus sürücüsü ilə həmin vaxt yoldan keçən motosikletçinin az xəsarətlə xilas olduğu öyrənilib.
Braziliya aviasiya səlahiyyətliləri bu gün Sao Pauloda baş verən qəzanın səbəbini araşdırır. İlkin məlumatlarda texniki nasazlıq əsas səbəb kimi göstərilir.Altv1.info.az