
Batmanda baş verən ölüm hadisəsi ürəkləri dağladı.
Altv1.info.az türk mediyasına istinadən xəbər verir ki, Çamlıca məhəlləsində 12 yaşlı Esra Bozkurtun çeynədiyi saqqız nəfəs borusuna ilişib.
Nəfəsi kəsildiyi üçün uşağın üzü bənövşəyi rəngə boyandı. Vəziyyəti anlayan ailəsi vaxt itirmədən onu Bozqurtu İluh Dövlət Xəstəxanasına aparıb.
12 yaşlı uşaq xəstəxanada edilən bütün müdaxilələrə baxmayaraq həyatını itirib.