
Beşiktaşda piyada keçidindən yolu keçmək istəyərkən qazıntı maşınının altında qalaraq ağır yaralanan yaşlı qadın aparıldığı xəstəxanada dünyasını dəyişib.
altv1.info.az xarici mediaya istinadən xəbəbr verir ki, qəza saat 11:00 radələrində Beşiktaş məhəlləsi, Barbaros Bulvarı, Gayrettepe Məhəlləsində baş verib.
Əldə edilən məlumata görə Suzan Tuna Qəhvəçi (80) piyada keçidindən yolu keçmək istəyərkən 34 DP 9125 dövlət nömrə nişanlı qazıntı maşını onu vurub.
Ağır yaralanan bədbəxt qadın hadisə yerində olan həkim qruplarının ilkin yardımından sonra təcili yardım maşını ilə Okmeydanı Təhsil və Araşdırma Xəstəxanasına aparılıb.
Saxlanılan yük maşını sürücüsü A.Əkrəm polis bölməsinə aparılıb. Qəhvəçinin aparıldığı xəstəxanada edilən bütün müdaxilələrə baxmayaraq həyatını itirdiyi öyrənilib.