Dostunu öldürdü, meyiti 36 saat maşınında gəzdirdi

16 17-02-2025, 16:08 Hadisə

Dostunu öldürdü, meyiti 36 saat maşınında gəzdirdi

Fabrikdə işləyən 49 yaşlı Murat Yüzak fevralın 5-də evdən çıxıb, lakin geri qayıtmayıb. Yüzakdan xəbər ala bilməyən ailəsi itkin düşmüş şəxs haqqında ərizə verib və onun fotoşəkillərini Gebze və ətrafındakı sıx yerlərdə itkin elanı olaraq yerləşdirib.

info.azAltv1. türk mediyasına istinadən xəbəbr verir ki, istintaqda Murat Yüzakın son danışdığı şəxslər araşdırılıb. Əldə edilən tapıntılara uyğun olaraq, R.G. və M.A. saxlanılıb.

Yuzakın meyiti meşəlik ərazidə gizlədilmiş vəziyyətdə tapılıb. Polis bölməsindəki əməliyyatlardan sonra şübhəli M.A. Gebze Ədliyyəsinə sövq edilərək prokurora ifadə verdikdən sonra sərbəst buraxılıb, R.G. növbətçi sülh cinayət hakimi tərəfindən tutularaq həbsxanaya göndərilib.

R.G. polisə verdiyi ifadəsində Murat Yüzakla mərc etdiklərini və Yüzakın qazandıqları pulu onunla bölüşmədiyini bildirib. Bu səbəbdən mübahisə etdiklərini deyən R.G., Yüzakı boğaraq öldürdüyünü etiraf edib.

R.G həmçinin bildirib ki, qətldən sonra 36 saat maşında Yüzakın cəsədi ilə gəzib, daha sonra cəsədi meşəlik ərazidə qoyub və kol-kosla örtüb.

XƏBƏR LENTİ