
Batmanda baş verən hadisədə benzinli su mühərriki ilə kəndin su quyusunu təmizləmək istəyən Osman Turan qohumu Ş.Z tərəfindən hərəkətsiz vəziyyətdə tapıldı.
Altv1.info.az türk mediyasına istinadən xəbər verir ki, xəbərdarlıq üzərinə hadisə yerinə tibbi və polis qrupları sövq edilib. Müayinə nəticəsində Turanın həyatını itirdiyi müəyyən edilib.
Turanın cənazəsi Batman Təhsil və Araşdırma Xəstəxanası meyitxanasında aparılan tibbi ekspertiza əməliyyatlarından sonra Petrol qəbiristanlığında torpağa tapşırılıb.
Turanın benzinlə işləyən su mühərrikindən çıxan işlənmiş qazlardan zəhərlənərək ölməsi mümkün sayılsa da, hadisə ilə bağlı araşdırmalara başlanılıb.