3 uşaq anası küçədə keçmiş sevgilisi tərəfindən bıçaqlanaraq öldürüldü

17 20-02-2025, 16:11 Hadisə

3 uşaq anası küçədə keçmiş sevgilisi tərəfindən bıçaqlanaraq öldürüldü

İngiltərənin İpsviç şəhərində 3 uşaq anası Kortni Mitçel keçmiş sevgilisi tərəfindən bıçaqlanaraq öldürülüb.

Altv1.info,az türk mediasına istinadən xəbər verir ki, iki dostu ilə çöldə olan Kortni Mitçel (26) keçmiş sevgilisi Loqan Burnettin (27) bıçaqla onlara tərəf gəldiyini görüb canını qurtarmaq üçün qaçmağa başlayıb.

Lakin, şübhəli keçmiş sevgilisini tutub, onu divara sıxışdırıb və əlindəki böyük bıçaqla onu bir neçə dəfə bıçaqlayıb.

Hücumlardan biri o qədər şiddətli olub ki, bıçağın ucu əyilib. Üç uşaq anası olan gənc ananın son sözləri "Öləcəmmi?" olub.

Şübhəli dərhal hadisə yerindən qaçıb. Qadın xəstəxanaya çatdırılsa da, onu xilas etmək mümkün olmayıb.

Brunnet qısa müddətdə polis tərəfindən saxlanılıb. İfadəsi tamamlandıqdan sonra məhkəməyə çıxarılan şübhəliyə hakim 24 il azadlıqdan məhrum etmə cəzası verib.

XƏBƏR LENTİ