
Braziliyada qadın ərinin onu uşaqlarının dayəsi ilə aldatdığını görəndə evini güllələyib.
Altv1.info.az türk mediasına istinadən xəbər verir ki, qadın bu anları mobil telefonunun kamerası ilə lentə alıb.
Belə ki, o evə girəndə əri ilə uşağın dayəsini görür. Əsəbiləşir və silahı götürüb evə 4 dəfə atış açır. Silah səslərini eşidən körpə ağlamağa başlayır.
Dayə və qadının əri dərhal əyinlərini geyinib evdən qaçıb.
Qadın bu görüntüləri sosial şəbəkədə paylaşdıqdan sonra ən çox müzakirə olunanlardan birinə çevrilib.