
Vyetnamın paytaxtı Hanoyda Giang adlı qadının ad günü şənliyi pis başa çatıb.
Altv1.info.az xarici mediaya istinadən xəbər verir ki, Gianga ad günü qeyd edərkən tutduğu tortun üzərindəki şamlar digər əlində hidrogenlə doldurulmuş şarla təmasda olduqda partlayış baş verib.
Hadisədən sonra xəstəxanaya çatdırılan qadının üzündə, əllərində və qollarında ikinci dərəcəli yanıqlar olduğu müəyyən edilib.
Müalicəsi davam edən Giang, "Yaşadığım qorxudan uzun müddət hadisənin görüntülərinə baxa bilmədim. Bilsəydim, özümü belə təhlükəyə atmazdım. Bu xoşagəlməz hadisə başqalarına da dərs olsun", - dedi.
[media=https://izle.sondakika.com/2025/02/21/vietnam-da-dogum-gunu-kutlamasinda-hydrojen-b-9449-18398947_sd.mp4]