
Osmaniyedə evdən çıxan 23 yaşlı Gülhan Karabacakdan 7 aydır xəbər yoxdur.
Altv1.info.az türk mediasına istinadən xəbər verir ki, gənc qız ən son evdən "Biraz gəzim, fikrim dağılsın" deyərək çıxıb və bir daha qayıtmayıb.
Onun anası qızını tapmaq üçün hətta televiziya proqramlarına da çıxıb. Lakin o, heç bir nəticə əldə edə bilməyib.
Kədərli ana "Qızım evdən qaçmayıb. Onun başına bir şey gəlib. Tək sümüyünə də razıyam. Təki bir xəbər alım", - deyə bildirib.
Polis gənc qızı axtarmağa davam edir.