
Ankarada qadın boşanmaq üzrə olduğu əri tərəfindən bıçaqlanıb.
Altv1.info.az türk mediasına istinadən xəbər verir ki, hadisə Kahramankazan rayonunda baş verib. Belə ki, qadın ərindən boşanmaq ərəfəsində olduğu üçün anasının evinə köçüb.
Onunla danışmaq üçün yanına gedən əri mübahisə etməyə başlayıb və bu zaman qayınanasının evdə olmadığından istifadə edərək qadını bıçaqlayıb.
Bıçaqlanan qadın pəncərəyə gedərək qonşulardan kömək istəyib. Hadisə yerinə təcili tibbi yardım və polis sövq edilib. Xəstəxanaya çatdırılan qadının vəziyyətinin yaxşı olduğu bildirilib. Onun müalicəsi davam edir.
Zərəçəkmiş qadın polisə ilk ifadəsində "Boşanmaq istədiyimi, evə qayıtmayacağımı dedim. Bundan sonra mənə əsəbiləşdi. Mətbəxə keçib bıçağı götürdü. Qarnımdan, kürəyimdən və ayaqlarımdan bıçaqladı" deyə bildirib.
Şübhəli ər saxlanılıb. Faktla bağlı istintaq davam edir.