
Braziliyada 19 aylıq körpəyə təcavüz edən şəxs küçənin ortasında diri-diri yandırılıb.
Altv1.info.az xarici mediaya istinadən xəbər verir ki, hadisəni törədən şəxs vətəndaşlar tərəfindən qaçırılıb, polis idarəsinin qarşısında əvvəlcə döyülüb. Daha sonra vətəndaşlar onun üzərinə benzin tökərək yandırıblar.
Şahidlərin sözlərinə görə, sözügedən şəxs diri-diri yanarkən ətrafdakı insanlar gülərək alqış səsləndiriblər.
Hadisə ilə bağlı istintaq başladılıb.