
Çorumda iki gənc mərc gələrək girdikləri evdə meyit tapıblar.
Altv1.info.az türk mediasına istinadən xəbər verir ki, gənclər "cəsarəti olan bu evə girsin" deyərək mərc gəliblər. Sonra onlar ikisi də evə girib və gördükləri qarşısında şok olublar.
Belə ki, gənclər evdə kişi meyiti tapıb.
Onlar dərhal polisə məlumat veriblər. Evə gələn polislər meyitin 34 yaşlı Rıza Bayrama məxsus olduğunu müəyyən edib.
Ölüm səbəbinin müəyyən edilməsi üçün şəxsin meyiti tibbi ekspertizaya aparılıb.
Faktla bağlı istintaq başladılıb.