
ABŞ-ın Florida ştatında, Tampa yaxınlığında baş verən dəhşətli ailə faciəsində 27 yaşlı Mario Kamacho adlı şəxs 7 yaşlı qardaşını bıçaqla girov götürüb.
Altv1.info.az türk mediasına istinadən xəbər verir ki, polis ailə daxili zorakılıqla bağlı edilən zəngdən sonra hadisə yerinə çatıb. Evə daxil olan zaman 7 yaşlı uşağın "Qapını qırın!" deyə qışqırdığı eşidilib. Qonsales qapını sındıraraq otağa daxil olanda Kamachonun başında motosiklet dəbilqəsi və bədənində zirehli jilet olduğu, bir əlilə uşağı boğduğu, digər əlində isə bıçaq tutduğu müəyyənləşib.
.
Dəfələrlə "Uşağı burax" xəbərdarlığına məhəl qoymayan Kamachoya qarşı Qonsales tək atəş açaraq onu başından vurub. Hadisə nəticəsində uşaq xəsarət almadan xilas edilib, Kamacho isə xəstəxanaya aparılsa da, həyatını itirib.
Hillsborough Şerif İdarəsindən verilən açıqlamada bildirilib ki, polis əməkdaşının çevik reaksiyası uşağın həyatını xilas edib. Bununla yanaşı, hadisənin ailə üçün "son dərəcə faciəvi" olduğu vurğulanıb.
Rəsmi məlumatlara əsasən, Mario Kamacho əvvəllər iki dəfə ailə daxili zorakılığa görə polisə çağırılıb və psixoloji problemləri səbəbindən Baker Aktı (ruhi sağlamlıq qanunu) çərçivəsində qeydiyyata alınıb.
Hadisədən sonra şerif köməkçisi Entoni Qonsales, istintaq başa çatana qədər inzibati məzuniyyətə göndərilib.