
Naxçıvan Muxtar Respublikası (MR) Ordubad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən erkən nikahın qarşısı alınıb.
Altv1.info.az-a istinadən xəbər verir ki, rayonun Tivi kəndində 36 yaşlı şəxslə 17 yaşlı qız arasında planlaşdırılan nişan mərasimi barədə daxil olan məlumat araşdırılıb və müvafiq tədbirlər görülüb.
.
Erkən nikahın qarşısının alınması məqsədilə tərəflərlə profilaktik söhbətlər aparılıb, qanunvericiliyin tələbləri bir daha izah edilib.
Altv1.info.az