Sürücü öz idarə etdiyi TIR-ın altında qalaraq həyatını itirdi

567 1-12-2025, 17:01 Hadisə

Sürücü öz idarə etdiyi TIR-ın altında qalaraq həyatını itirdi

Kocaelidən keçən TEM avtomagistralında ağır yol-nəqliyyat hadisəsi baş verib.

Altv1.info.az mediasına istinadən xəbər verir ki, İstanbul istiqamətində, Şekerpınar qovşağı yaxınlığında qeydə alınan qəzada konteyner yüklü 35 AIM 463 dövlət nömrə nişanlı TIR nəzarətdən çıxaraq əvvəlcə dəmir arakəsməyə, daha sonra beton divara çırpılıb.


Zərbənin təsiri ilə TIR-ın sürücüsü, 23 yaşlı Yahya Aydın nəqliyyat vasitəsindən yıxılaraq maşının altında qalıb.

Hadisə şahidlərinin məlumat verməsi üzərinə əraziyə təcili tibbi yardım, polis və xilasetmə briqadaları cəlb olunub. Xilasetmə qrupları sürücünü TIR-ın altından çıxararaq təcili yardım əməkdaşlarına təhvil veriblər. Yaralı xəstəxanaya çatdırılsa da, həkimlərin bütün cəhdlərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Qəza ilə bağlı araşdırma aparılır.

Altv1.info.az

XƏBƏR LENTİ