UFC-da qaliblər müəyyənləşdi

567 22-10-2023, 09:00 İdman

UFC-da qaliblər müəyyənləşdi

Əbu-Dabidə (BƏƏ) qarışıq döyüş növləri üzrə UFC-294 turniri başa çatıb.
Altv1.info.az xəbər verir ki, gecənin əsas döyüşü yüngül çəkidə (70 kq-a qədər) rusiyalı İslam Mahaçov ilə avstraliyalı Aleks Volkanovski arasında olub. Mahaçov revanş görüşündə texniki nokautla qalib gəlib.
Orta çəki dərəcəsində (84 kq-a qədər) rusiyalı Həmzət Çimayev vaxtilə 77 kq-a qədər çəki dərəcəsində çempion olmuş nigeriyalı Kamaru Usmanı məğlub edib.İkram Ələskərov Uorli Alvesə 1-ci raundda texniki nokautla qalib gəlib. Səid Nurməhəmmədov Muin Qafurovu, Məhəmməd Mokaev isə Tim Elliottu boğma fəndi ilə məğlubiyyətə uğradıb. Trevor Pik hakimlərin yekdil qərarı ilə Məhəmməd Yəhyadan üstün olub (29:28, 30:27, 30:27).
Digər döyüşlərdə Əbu Azaitar Sedrik Dümas (29:28, 29:28, 29:28), Mike Breeden Anşul Jubli (nokaut), Məhəmməd Naimov Nataniel Vudu (29:28, 29:28, 29:28), Şarabutdin Maqomedov isə Bruno Silva (30:27, 30:27, 30:27) üzərində qələbə qazanıb.
Qadınların döyüşündə Viktoriya Dudakova Jin Yu Freyi məğlub edib (29:28, 29:28, 29:28).

Altv1.info.az

XƏBƏR LENTİ