Bu ölkə DÇ-yə namizədliyini geri götürdü

18 23-06-2023, 13:34 İdman

Bu ölkə DÇ-yə namizədliyini geri götürdü

Səudiyyə Ərəbistanı 2030-cu il dünya çempionatına namizədliyini geri götürüb.
Altv1.info.az xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Feysəl Bin Fərhan Əl Səud məlumat yayıb.
Onun sözlərinə görə, 2030-cu il dünya çempionatına ev sahibliyi etmək üçün namizədliyini irəli sürməyi planlaşdıran Səudiyyə Ərəbistanı namizədlikdən imtina edib.
Bildirilib ki, Səudiyyə Ərəbistanı dünya çempionatına ev sahibliyi etmək üçün dünyaca məşhur futbol əfsanələrini ölkəyə gətirməyi planlaşdırırdı. Hətta ölkədə bu məqsədlə klublar üçün 20 milyard avroluq transfer büdcəsi yaradıldığı da deyilib.
Qeyd edək ki, 2030-cu il dünya çempionatının keçiriləcəyi yer 2024-cü ilin sentyabrında müəyyənləşəcək.

XƏBƏR LENTİ