Ronaldo Avropa futboluna qayıtmağı düşünmür

16 18-07-2023, 12:18 İdman

Ronaldo Avropa futboluna qayıtmağı düşünmür

Ronaldo səviyyəsinin aşağı düşməsi səbəbindən Avropa liqalarına qayıtmayacağını bildirib.
Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun hücumçusu Kriştiano Ronaldo Avropa futboluna qayıtmayacağını bildirib
Altv1.info.az-xəbər verir ki, 38 yaşlı idmançı səviyyələrinin aşağı düşməsi səbəbindən bir daha Avropa çempionatlarına qayıtmayacağını bildirib. "Yeganə layiqli liqa İngiltərə Premyer Liqasıdır, o, bütün digərlərindən xeyli irəlidədir" dedi.
Portuqaliyalı futbolcu 30 dekabr 2022-ci ildə "Əl Nəsr"ə keçib. Hücumçunun müqaviləsi iki illikdir. Onun klubda illik maaşı 200 milyon avrodur.
Ronaldo beşqat "Qızıl top"un sahibidir. Onun Çempionlar Liqasında beş qələbəsi, həmçinin İngiltərə, İspaniya və İtaliyada liqa titulları var. Portuqaliya millisi ilə birlikdə futbolçu 2016-cı ildə Avropa çempionu, qitə çempionatının gümüş və bürünc mükafatçısı, həmçinin 2019-cu ildə UEFA Millətlər Liqasının qalibi olub.

Altv1.info.az

XƏBƏR LENTİ