“Altı aya 5 minə yaxın şəkərli diabet xəstəsi qeydə alınıb”

48 17-07-2023, 15:45 Səhiyyə

“Altı aya 5 minə yaxın şəkərli diabet xəstəsi qeydə alınıb”

“Hazırda şəkərli diabet xəstəliyi registrində 284 656 xəstə qeydiyyatdadır və Dövlət proqramı çərçivəsində müvafiq tibbi xidmətlə və mərkəzləşdirilmiş qaydada verilən dərman preparatları ilə təmin olunurlar”.
Altv1.info.az xəbər verir ki, bunu TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov bildirib.
O qeyd edib ki, 2023-cü ilin 6 ayı ərzində 4839 yeni xəstə qeydiyyata alınıb.
“Dağınıq skleroz xəstələrinin registrində olan xəstələrin sayı 2001-dir, onlardan 675 xəstə beta-interferon (avoneks), 300 xəstə isə mitoksantron preparatı ilə təmin olunur. 2023-cü il yanvar-iyun ayları ərzində 34 yeni xəstə qeydiyyata alınıb”,- V.Qurbanov bildirib.

XƏBƏR LENTİ