Paşinyan Brüsseldəki terror aktını pisləyib

15 17-10-2023, 11:30 Siyasət

Paşinyan Brüsseldəki terror aktını pisləyib

Baş nazir Nikol Paşinyan Brüsseldəki terrorunu pisləyib və ölənlərlə bağlı başsağlığı verib.
Altv1.info.az xəbər verir ki, Paşinyan Strasburqda Avropa Parlamentinin sədri Roberta Metsola ilə birgə mətbuat konfransında bildirib.
"Ermənistan hökuməti və xalqı adından və şəxsən öz adımdan Brüsseldə baş vermiş terror aktı ilə bağlı başsağlığı vermək və bu terroru pisləmək istərdim. Mən bütün qurbanlara dəstəyimi bildirmək istərdim", - deyə o bildirib.
Bazar ertəsi gecə Brüsselin mərkəzində iki İsveç vətəndaşı güllələnərək öldürülüb, üçüncü şəxs isə yaralanıb və internetdə yayımlanan videoda özünü İslam Dövlətinin üzvü kimi təqdim edən şəxs məsuliyyəti öz üzərinə götürüb. Şübhəli şəxs axtarışdan sonra polis tərəfindən güllələnib.


Altv1.info.az

XƏBƏR LENTİ