Ermənistan və BVF səmərəli əməkdaşlığı davam etdirməyə hazırdır

45 27-07-2023, 16:47 Siyasət

Ermənistan və BVF səmərəli əməkdaşlığı davam etdirməyə hazırdır

Ermənistan Baş nazirinin müavini Tiqran Xaçatryan Beynəlxalq Valyuta Fondunun (BVF) Ermənistandakı daimi nümayəndəsi Mehdi Rəisi Ermənistandakı missiyasının başa çatması ilə əlaqədar onu əvəzləyəcək Umanq Ravatı qəbul edib.
Sonxeber.az xəbər verir ki, görüşün əvvəlində baş nazirin müavini Mehdi Rəisiyə Ermənistandakı aktiv və səmərəli fəaliyyətinə görə təşəkkür edib, həmçinin Umanq Ravatı bu vəzifəyə təyin olunması münasibətilə təbrik edib. BVF ilə Ermənistan hökuməti arasında tərəfdaşlığın və səmərəli qarşılıqlı fəaliyyətin gələcəkdə də davam edəcəyinə əminliyini ifadə edib.
Umanq Ravat səmimi qəbula görə təşəkkür edib və qarşılıqlı maraq doğuran sahələrdə səmərəli əməkdaşlığı davam etdirməyə hazır olduğunu bildirib.

Altv1.info.az

XƏBƏR LENTİ