101 yaşlı veteran vəfat etdi

561 9-10-2023, 09:00 Sosial

101 yaşlı veteran vəfat etdi

Böyük Vətən müharibəsi iştirakçısı Tofiq Hüseynov dünyasını dəyişib.
Altv1.info.az xəbər verir ki, 101 yaşlı veteran ötən gün vəfat edib.
Qeyd edək ki, Hüseynov Tofiq Paşa oğlu 1922-ci ilin fevral ayında Gəncə şəhərində anadan olub. 1941-ci ildə 18 yaşında ikən Qori şəhərində hərbi təlimlərə qatılıb, Kazak polkunun 45-ci qvardiyasında süvari kimi xidmətə başlayıb. Avropanın 4 ölkəsində onlarla şəhərin alman işğalçılarından azad olunmasında xüsusi igidlik göstərib. Tofiq Hüseynov xidməti dövründə 20 medalla təltif olunub. Uzun müddət Gəncə Şəhər Mərkəzi Mədəniyyət Evinin direktoru, Uşaq Yaradıcılıq Mərkəzinin rəhbəri vəzifələrində çalışıb.
Allah rəhmət eləsin!




Altv1.info.az

XƏBƏR LENTİ