Daha 83 sakin Laçına yola salınır

27 20-10-2023, 11:20 Sosial

Daha 83 sakin Laçına yola salınır

Bu gün növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salınıb.
Altv1.info.az APA-ya istinadən xəbər verir ki, bu mərhələdə Laçın şəhərinə daha 23 ailə - 83 nəfər köçürülüb.
Köçürülən ailələr Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşacaqlar.
Bununla da Laçın şəhərində 295 ailə, yəni 1135 nəfərin daimi məskunlaşması təmin edilib.

Altv1.info.az

XƏBƏR LENTİ