Bakıda güclü zəlzələ olub - YENİLƏNİB

24 7-12-2023, 09:00 Sosial

Bakıda güclü zəlzələ olub - YENİLƏNİB

Xəzər dənizində zəlzələ olub.
Bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.
Bildirilib ki, 7 dekabr, yerli vaxtla saat 08:16 Xəzər dənizində zəlzələ qeydə alınıb.
Yeraltı təkanlar 5,6 maqnitudada baş verib, zəlzələ ocağı 68 km dərinlikdə yerləşib.
Zəlzələ Bakıda və bir sıra şəhərlərdə hiss olunub.
08:22
Bakıda güclü zəlzələ olub.
Məlumata görə, maqnitudası 5 olan zəlzələnin ocağı Xəzər dənizində yerləşib.
Zəlzələ güclü hiss olunub.


Altv1.info.az

XƏBƏR LENTİ