Əlil digər əlil şəxsləri belə aldadıb! Birinə sürücülük vəsiqəsi, digərinə isə mobil telefon söz verdi - VİDEO

1 102 30-01-2024, 09:00 Sosial

Əlil digər əlil şəxsləri belə aldadıb! Birinə sürücülük vəsiqəsi, digərinə isə mobil telefon söz verdi - VİDEO

Əlilliyi olan şəxs digər əlil şəxsləri aldadıb. İddialara görə, Astara rayon Kakalos kənd sakini 19 yaşlı Məhəmməd Məmmədov müxtəlif vədlərlə öz yaşıdlarının adlarına onlayn qayda da müxtəlif məbləğlərdə kredit əldə edib.

Sonxeber.az xəbər verir ki, məsələ ilə bağlı, aldadılan şəxsin valideyni "Xəzər Xəbər"ə məlumat verib. Bildirilib ki, oğlunun adına sözügedən şəxs 2 min manat məbləğində kredit götürüb:

"Uşağı aldadıb ki, sənə mobil telefon alacağam. 1 dəqiqəlik şəklini çəkmək istəyib. Şəklini çəkməklə telefon verəcəyini deyib. Uşaqda inanıb və həmin gənc şəkilləri və şəxsiyyət vəsiqəsini alıb. Bizə bankdan məlumat verdilər ki, sizin oğlunuzun adına kredit var. Məhəmməd Məmmədov özüdə lal-kardır. Elgün Cəfərovda lal-kardır".

Zərərçəkənlərin sözlərinə görə, övladları adlarına kredit götürülməsindən xəbərsiz olublar. Təxminən 10-dan çox şəxsin aldadılaraq adına kredit götürüldüyü bildirilir.

Ətraflı "Xəzər Xəbər"in süjetində:


XƏBƏR LENTİ