Bakıda 4 yaşlı uşaq küçəyə niyə atılıb? – TƏFƏRRÜAT

20 15-02-2024, 09:07 Sosial

Bakıda 4 yaşlı uşaq küçəyə niyə atılıb? – TƏFƏRRÜAT

Bakıda 4 yaşlı uşaq küçəyə atılıb. Az yaşlını küçəyə anasının atdığı bildirilir. Polis əməkdaşları uşağı gecə saatlarında Azərbaycan Uşaqlar Birliyi sığınacağına yerləşdiriblər.

Sonxeber.az xəbər verir ki, sığınacağın rəhbəri Kəmalə Ağazadə "Xəzər Xəbər"ə anasının onun hansı səbəbdən tərk etdiyinin məlum olmadığını deyib:

" Uşaq dediyinə görə, anası onu maşından düşürdüb və o küçədə qalıb. Onu polis əməkdaşları yaxındakı kafedən müraciət əsasında gəlib aşkarlamışdılar. Biz dərhal uşağı aktlaşdıraraq qəbul etdik. Bu barədə Sosial Xidmətlər Agentliyinə məlumat verdik. Amma səhərə qədər anadan saat 11 idi hələ heç bir xəbər yox idi. Psixoloji test üçün çəkdiyi şəkillərə baxdıq. Qapalılıq və qorxu hissləri var. Şəkildə bir ailə tablosu ümumiyyətlə yoxdur".

Uşağın anası tapılıb və hadisə ilə bağlı araşdırma aparılır. Anasının vəziyyəti və ev şəraiti qiymətləndiriləcək. Daha sonra isə uşağın anaya verilməsi məsələsinə baxılacaq.

Ətraflı "Xəzər Xəbər" süjetində:




Altv1.info.az

XƏBƏR LENTİ