Bəzi çörəklərdə heyvan tükündən hazırlanan maddə istifadə olunur - VİDEO

18 2-04-2024, 09:00 Sosial

Bəzi çörəklərdə heyvan tükündən hazırlanan maddə istifadə olunur - VİDEO

Çörək əhalinin ən çox istifadə etdiyi təlabat məhsuludur. Amma sonralar bu məhsulun keyfiyyətsizliyi və tərkibində əlavə qatqıların olması məsələsi yenidən gündəmə gəlib. Belə ki, satılmayan zavod çörəklərinin üyüdülərək yenidən una əlavə olunduğu və yenidən bildirildiyi iddia olunur.

Sonxeber.az xəbər verir ki, məsələ ilə bağlı "Apa TV"nin əməkdaşları vətəndaşlar arasında sorğu keçirib. Onların sözlərinə görə, satılan çörəklər tez xarab olunur. Bununla yanaşı gigiyenaya əməl olunmadığını bildirirlər. Köhnə çörəklərin isə una qarışdırılaraq yenidən satıldığını deyirlər.

Hər gün qida rasionumuzda yer alan çörəyin tərkibi bizi narahat etməyə bilməz. Qida mütəxəssisi Məhsəti Hüseynova köhnə çörəklərin istifadə olunmasını düşünməsə də, qənnadı məmulatlarında bu kimi halların baş verə biləcəyini vurğulayıb. Mütəxəssis bildirir ki, çörək hazırlanarkən istifadə müddəti uzun olsun deyə insan sağlamlığına ciddi təhlükə yaradacaq kimyəvi maddələrdən istifadə olunur.

Ətraflı "Apa TV"nin süjetində

XƏBƏR LENTİ