"İyun 1-dən yay fəslinin tələblərinə uyğun olaraq metropoliten iş rejimi ilə təmin olunacaq" - AÇIQLAMA

16 31-05-2024, 21:52 Sosial

"İyun 1-dən yay fəslinin tələblərinə uyğun olaraq metropoliten iş rejimi ilə təmin olunacaq" - AÇIQLAMA

Bakı Metropoliteni stansiyalarda havanın hərarəti və digər mikroiqlim parametrlərinin ölçülməsi və tənzimlənməsinin avtomatlaşdırılması sahəsində rəqəmsal sistemlərin tətbiqini planlaşdırılır. Metropoliteni stansiyalarda yay rejimi necə təmin olunacaq?

Məsələ ilə bağlı Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Sonxeber.az-a açıqlama verib.

Bəxtiyar Məmmədov bildirib ki, iyun ayının birindən yay fəslinin tələblərinə uyğun olaraq metropoliten iş rejimi ilə təmin olunacaq:

"Hazırda metrolarda dəyişən ventilyatorların iş rejimidir. Ümumiyyətlə metropalitendəki texniki qurğuların özünüməxsus iş rejimi funksiyaları var. Buna uyğun olaraq da onların iş fəaliyyəti tənzimlənir. İyun ayının birindən yay fəslinin tələblərinə uyğun olaraq metropoliten iş rejimi ilə təmin olunacaq. Dövrü olaraq da monitoriqlər aparılacaq. Ona uyğun olaraq da dəyişikliklər aparılacaq.

XƏBƏR LENTİ