Qar və şaxtalı hava Bakı-Şamaxı yolunda hərəkəti iflic etdi: Sürücülər saatlarla yolda qaldı

533 14-12-2024, 16:30 Sosial

Qar və şaxtalı hava Bakı-Şamaxı yolunda hərəkəti iflic etdi: Sürücülər saatlarla yolda qaldı

Gecə saatlarından respublika ərazisində havanın kəskin dəyişməsi bir çox avtomobillərin yollarda qalmasına səbəb olub.

Altv1/info/az xəbər verir ki, Bakı-Şamaxı yolunun Qobustan rayonundan Ceyrankeçməz kəndi ərazisindən keçən hissəsində vəziyyət daha ağır olub.

Belə ki, gecə saatlarında başlayan güclü qar və şaxta nəticəsində yol buz bağlayıb. Bu səbəbdən 100-ə yaxın nəqliyyat vasitəsi saatlarla yolda qalıb. Bəzi avtomobillər isə sürüşərək yoldan çıxıb. Sürücülər çətin anlar yaşayıb, bəziləri isə gecəni öz avtomobillərində keçirməli olublar.

Hazırda da həmin ərazidə nəqliyyat vasitələrinin hərəkətində çətinlik yaşandığı bildirilir.

XƏBƏR LENTİ