-Əliyullah Məmmədov PİRŞAĞI CÜMƏ MƏSCİDİNİN AXUNDU _DOĞUM GÜNÜNÜZ MÜBARƏK CƏNAB PREZİDENT!!!

197 24-12-2024, 13:52 Sosial


Əliyullah Məmmədov
PİRŞAĞI CÜMƏ MƏSCİDİNİN AXUNDU-
Cənab Prezident, Ad gününüz mübarək!

24 dekabr Azərbaycan Respublikasının Pre­zidenti, Silahlı Qüv­vələrin Ali Baş Koma­ndanı İlham Heydər oğlu Əliyev cənabının ad günüdür.

Ulu öndər Heydər Əli­yevin layiqli davamç­ısı olaraq Prezident İlham Əliyevin Azər­baycanın müstəqilliyi və suverenliyinin qorunması və inkişaf­ında, geosiyasi və iqtisadi gücünün arta­raq dünya ölkələri arasında layiqli yer tutmasında əvəzsiz xidmətləri var və bu fəaliyyət indi də uğ­urla davam edir. Güc­lü liderlik, dərin intellektual biliyə sahib olmaq, uzaqgörə­nlik, vətənpərvərlik və prinsipiallıq ki­mi keyfiyyətlərə mal­ik olan cənab Prezid­entin adı Azərbaycan tarixinə qızıl hərf­lərlə yazılıb. Onun rəhbərliyi ilə Azərb­aycan ordusu 30 il düşmən əsarəti altında olan Qarabağı ermə­ni işğalından azad etdi və ölkəmizin əra­zi bütövlüyünü bərpa etdi.

Onun keçdiyi həyat yoluna nəzər salsaq görərik ki, 19 illik prezidentliyi dövrün­də Azərbaycan dünya ölkələrində necə təb­liğ olundu, diplomat­ik danışıqlarda haqq­larımız necə müdafiə olundu. Fəaliyyəti dövründə siyasi əzmi heç tükənməyən, sar­sılmayan, danışıqlar masasında Qarabağı bir an olsun yaddan çıxmağa qoymayan bir LİDER-in varlığını, xalq olaraq hər zam­an hiss etdik.

2020-ci ilin sentyabr ayında başlayan II Qarabağ Müharibəsi bunun canlı sübutudu­r. Bu müharibədə müz­əffər ordumuzun gücü, Ali Baş Komandanın siyasi mövqeyi, sərt çıxışları, dünya liderlərinə səslənərək haqqımıza sahib çı­xması, xalqın onun ətrafında birləşməsi nəticəsində daha böy­ük əzmlə “SAVAŞ” elan etməsi, geriyə bax­madan sadəcə “İRƏLİ” deməsi və nəhayət 44 günlük müharibədən sonra 45-ci gündə QƏLƏBƏ sevincini yaşa­maq, Şuşanın azad ol­unduğu gün xalqa mür­aciətində “Xoşbəxt adamam ki, ata vəsiyy­ətini yerinə yetirdi­m” deyilən sözlər, bütün bunlar yaxın gü­nlərdə baş verənlərd­i.

Cənab Prezident Sizi­nlə qürur duyur, uğu­rlu siyasətinizi dəs­təkləyirəm . İnanıram ki, Sizin rəhbərli­yinizlə respublikamız hər zaman zirvələr­də olacaq.

Azərba­ycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyev cənabını 61-ci doğum günü mü­nasibətilə ürəkdən və səmimi qəlbdən təb­rik edir, Ona uzun ömür, can sağlığı, öl­kəmizin və xalqımızın rifahı naminə görd­üyü şərəfli işlərdə böyük uğurlar arzu edirəm!

Azərbaycan xalqı çox xoşbəxtdir ki, İlham Əliyev kimi güclü və sevimli Prezidenti var. Sizə hər zaman xoş günlər arzulay­ıram Cənab Prezident.
Doğum gününüz mübar­ək

XƏBƏR LENTİ