Dünya Azərbaycanlılarının Həmrəyliyi günü münasibətilə Azərbaycan xalqına təbrik-Fazil Nəhmətov

462 30-12-2024, 11:57 Sosial


Bu il dünya A
zərbaycanlıları 31 dekabr – həmrəylik gününü son dərəcə böyük ruh yüksəkliyi ilə qarşılayırlar. Ümummilli məqsəd naminə birləşib dəmir yumruğa çevrilməyi bacarmış Azərbaycan xalqı və onun qəhrəman Ordusu müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Ermənistan silahlı qüvvələrini darmadağın edərək torpaqlarımızın işğalına son qoymuşdur. Azərbaycanın əzəli tarixi torpağı olan Qarabağın düşmən işğalından azad edilməsi, dövlətimizin ərazi bütövlüyünün bərpa olunması xalqımızı 30 ildən artıq davam edən məğlubiyyət sindromundan qurtarmış və onu qalib xalqa çevirmişdir.

Azərbaycançılıq amalı ətrafında milli-mənəvi bütövləşmə hərəkatının başlanğıcını qoymuş ulu öndər Heydər Əliyevin vəsiyyəti şərəflə yerinə yetirilmişdir. Bu gün Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda, Kəlbəcərdə, Ağdamda, Laçında, Şuşada və azad edilmiş digər torpaqlarımızda şanlı Azərbaycan bayrağının dalğalanması ölkəmizin tarixində yeni inkişaf dövrünün başlandığını təcəssüm etdirir.

Bu tarixi zəfərə dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız və həmvətənlərimiz də dəyərli töhfə vermişlər. Siz doğma Azərbaycanımızın haqq işi naminə qüvvələrinizi birləşdirərək yaşadığınız ölkələrin dövlət orqanlarına və ictimaiyyətinə Vətən Müharibəsi barədə doğru-düzgün məlumatları çatdırmış, lazım gəldikdə kütləvi tədbirlər keçirərək, səsinizi ucaltmısınız.

XƏBƏR LENTİ