
Siirtin mərkəzində yaşayan Mehmet Qorxmaz (30) mübahisə etdiyi həyat yoldaşından üzr istəmək üçün fərqli üsul seçib.
Altv1.info.az xarici mediaya istinadən xəbbər verir ki, 14 fevral Sevgililər Günündə Korkmaz şəhərin ən gur yerlərindən biri olan Siirt Təhsil və Araşdırma Xəstəxanasının qarşısındakı küçəyə plakat asıb.
Diqqət çəkən və cütlüyün fotosunun yer aldığı plakatda "Səni incitdiyimə görə üzr istəyirəm. Həyatım boyunca bir daha səni üzməyəcəyəm. Səni çox sevirəm" - sözləri yazılıb. Bəzi vətəndaşlar sözügedən plakatın fotolarını çəkiblər.
Mehmet Qorxmaz "Məqsədim bütün Siirtin həyat yoldaşımı nə qədər çox sevdiyimi görməsidir. Həyat yoldaşımı çox sevirəm, çox peşmanam, həyatımda bir daha onu üzməyəcəyəm" - deyib
[media=https://izle.sondakika.com/2025/02/14/tartistigi-esinden-astigi-pankartla-ozur-dile-8918-18374365_sd.mp4]