Qarlı havada işə getdiyi üçün belə üsyan etdi - VİDEO

14 21-02-2025, 21:12 Sosial

Qarlı havada işə getdiyi üçün belə üsyan etdi - VİDEO

Kocaelidə səhər saatlarından artan qar bəzi rayonlarda nəqliyyatın hərəkətinə mənfi təsir göstərib.

Altv1.info.az türk mediyasına istinadən xəbər verir ki, güclü qar səbəbindən bir çox avtomobil yolda qalıb, sürücülər çətin anlar yaşayıb.

Bəzi nəqliyyat vasitələri sürüşüb və yolda idarəetmədən çıxaraq qəza törədib.

Vətəndaşlar uzun müddət yolların açılmasını gözləyərkən bir işçi vəziyyətini sosial şəbəkədə paylaşıb.

Qarlı yolları lentə alaraq üsyan edən vətəndaş "Müdir "işə gəl" deyir. Rəis evdə isti çarpayısında uzanıb "işə gəl" deyir. Bu qarda necə gedəcəyimizi də bilmirik", - dedi.

[media=https://izle.sondakika.com/2025/02/21/vatandasin-kar-cilesi-patron-ise-gel-deyince-5555-18400016_sd.mp4]

XƏBƏR LENTİ