
İstanbulda A.Y adlı qadın ərinin ofisinə gedərək onu döyüb.
Altv1.info.az türk mediasına istinadən xəbər verir ki, hadisəyə səbəb xəyanət olub.
Belə ki, qadın ərinin onu aldatdığını bir dostu vasitəsi ilə öyrənib. Əsəbdən evdə otura bilməyən qadın ərinin ofisinə gedərək onu döyməyə başlayıb. Kişinin iş yoldaşları qadını zorla sakitləşdiriblər.
Qadın daha sonra söyüş söyərək iş yerini tərk edib. Hadisədən sonra tərəflərin bir-birini şikayət edib-etmədiyi hələlik məlum deyil.