West Kids Place uşaq bağçasına uşaqlarınızı göndərməyin

595 14-03-2025, 12:29 Sosial


Bu gün səhər saatlarında (11 mart 2025-ci il) Xırdalan şəhərində yerləşən “West Kids Place” uşaq bağçasında təhlükəli hadisə baş verib. Bağçada təşkil olunan tonqal tədbiri zamanı ehtiyatsızlıq nəticəsində 6 yaşlı Sadiqov Murad Rüfət oğlu ciddi yanıq xəsarətləri alıb.
" Altv1.info.az " xəbər verir ki, Patrulaz.az-ın əldə etdiyi məlumata görə, bağça rəhbərliyi uşaqları tonqalın ətrafına toplayıb və tonqala spirt töküb. Nəticədə alov ani şəkildə şiddətlənərək uşağın üst geyiminə keçib. Hadisə zamanı Muradın üzünün, gözünün və sifətinin sol tərəfi yanıb, həkimlər ona üçüncü dərəcəli yanıq diaqnozu qoyublar.
Hadisədən sonra valideynlər bildirir ki, bağça rəhbərliyi təcili yardım çağırmağa icazə verməyib və uşağı öz təşəbbüsləri ilə Xırdalan şəhərində yerləşən “West Hospital” xəstəxanasına aparıblar.
Valideynlər məsələni ört-basdır etməyə imkan verməyəcəklərini və məsuliyyət daşıyan şəxslərin cəzalandırılmasını tələb edirlər. Hazırda hadisə ilə bağlı hüquq-mühafizə orqanlarının və aidiyyatı qurumların araşdırma aparması gözlənilir.
Bu cür halların təkrarlanmaması üçün uşaq müəssisələrində təhlükəsizlik qaydalarına ciddi nəzarət olunmalıdır.



Altv1.info.az

XƏBƏR LENTİ