Xətai Rayon Polis İdarəsinin Rəisi, Polis Polkovniki Vaqif Müslümova Azərbaycan Polisi Günü Münasibətilə Hörmət və Təbrik

69 1-07-2025, 18:09 Sosial


Altv1.info.az xəbər verir ki, iyulun 2-si Azərbaycan Polisi üçün xüsusi və əlamətdar gündür. Bu gün ölkəmizin hüquq-mühafizə orqanlarının yaradılmasının 107-ci ildönümü qeyd olunur. Ümummilli Lider Heydər Əliyevin 1998-ci ildə imzaladığı Fərmanla təsis edilən Azərbaycan Polisi Günü ölkəmizdə təhlükəsizliyin və ictimai asayişin qorunmasında mühüm rol oynayan polis əməkdaşlarının şərəfli xidmətini yüksək qiymətləndirir.

Bu əlamətdar gün münasibətilə Xətai Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Vaqif Müslümovu səmimi qəlbdən təbrik edir, onun hüquq-mühafizə orqanlarında uzunmüddətli xidməti və yüksək peşəkarlığı ilə əlaqədar təşəkkürümüzü bildiririk.

Vaqif Müslümov öz fəaliyyəti ərzində yüksək təşkilatçılıq bacarığı, prinsipiallıq və insanlara hörmətlə yanaşması ilə seçilən nümunəvi zabitdir. Onun rəhbərliyi altında Xətai Rayon Polis İdarəsi əhalinin təhlükəsizliyinin təmin olunması, qanunçuluğun qorunması, ictimai asayişin möhkəmləndirilməsi istiqamətində əhəmiyyətli uğurlar qazanmışdır.

Polis polkovniki Vaqif Müslümov kollektivin yüksək nizam-intizamı və vətəndaş məmnunluğunun təmin olunması üçün daim yenilikçi idarəetmə prinsipləri tətbiq edir. Onun xidməti dövründə Xətai rayonu üzrə cinayətkarlığın qarşısının alınması, hüquq pozuntularının operativ araşdırılması və ictimai təhlükəsizliyin qorunması sahəsində mühüm nəticələr əldə olunmuşdur.

Azərbaycan Respublikasının Daxili İşlər Naziri, general-polkovnik Vilayət Eyvazovun rəhbərliyi ilə aparılan islahatlar çərçivəsində Vaqif Müslümovun fəaliyyəti şəffaflıq, peşəkarlıq və vətəndaş yönümlü xidmət prinsiplərinə söykənir. Onun bu istiqamətdə göstərdiyi səylər rayon polis idarəsinin nüfuzunu artırmaqla yanaşı, vətəndaşlarla əməkdaşlığın inkişafına da töhfə verir.

Prezident İlham Əliyevin dövlətimizin davamlı inkişafı və təhlükəsizliyinin təmin olunması istiqamətində həyata keçirdiyi məqsədyönlü siyasət daxili işlər orqanlarının effektiv fəaliyyətini şərtləndirir. Vaqif Müslümovun rəhbərliyi ilə Xətai Rayon Polis İdarəsi bu siyasətin uğurlu təzahürüdür.

Altv1.info.az kollektivi adından polis polkovniki Vaqif Müslümovu Azərbaycan Polisi Günü münasibətilə təbrik edir, ona möhkəm can sağlığı, ailə səadəti və peşə fəaliyyətində yeni uğurlar arzulayırıq.

Azərbaycan Polisi mübarək!
Yaşasın vətənin keşiyində duran polis zabitləri!



Altv1.info.az

XƏBƏR LENTİ