Rəşad Dağlının həbsindən sonra GÖZLƏNİLMƏZ AYRILIQ - Nə baş verir?

22 24-02-2024, 09:00 Şou-biznes

Rəşad Dağlının həbsindən sonra GÖZLƏNİLMƏZ AYRILIQ - Nə baş verir?

Rəşad Dağlının meyxana aləmində ən yaxın dostlarından hesab olunan Orxan Lökbatanlı sənət yoldaşları ilə meyxana məclislərinə qatılmaqdan imtina edib.

Altv1.info.az titul.az-a istinadən xəbər verir ki, bu barədə meyxanaçı Ruslan Müşfiqabadlı məlumat verib.

O bildirib ki, Orxan artıq onlarla daha eyni meyxana məclsilərində iştirak etməyəcəyini, bundan sonra sənət fəaliyyətinə ifaçı kimi davam edəcəyini bildirib.

Ruslan onu da bildirib ki, ola bilsin Orxan daha bizi özünə yaraşdırmır.

Rəşadın meyxanaçı dostları arasında soyuq yellərin əsməsinin səbəbi ilə bağlı daha ətraflı açıqlamanı təqdim edirik:

Qeyd edək ki, Rəşad Dağlı törətdiyi cinayətə qədər son illər məhz dəvət olunduqları bütün meydana məclislərində Orxan başda olmaqla, Ruslan və Balaəli ilə birgə görünürdü. Hətta bu tandemin meyxana aləmində ayrılmaz dostlar halına gəldiyi zənn edilirdi.

XƏBƏR LENTİ